Interposta.Info

Şok: Putinin təyyarəsi Kemerovoya endi - içində...

Dünya
 27-03-2018, 09:04     10 405

Bugündən Kemerovo vilayətində 3 günlük matəm elan edilib.

Axar.az xəbər verir ki, 27-29 mart tarixlərini əhatə edən matəmlə bağlı qubernator Aman Tuleyev sərəncam imzalayıb. Matəm günlərində vilayətdəki bütün Rusiya və vilayət bayraqları endiriləcək.

Bu arada, Flightradar24 xidməti Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Kemerovo beynəlxalq aeroportuna endiyini yazıb.

“Danışır Moskva” Putinin gəlişindən sonra Kemerovoda ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib: “Hər qarışı təmizləyiblər, kimsəni buraxmırlar”.

Eyni zamanda bildirilib ki, Kremlin mətbuat xidməti Dmitri Peskov jurnalistlərlə birlikdə hadisə yerinə gəlib. Peskov mediaya açıqlamasında Putinin Kemerovoya gəlişini təkzib edib: "Hələ gəlməyib!"

“Ria Novosti” agentliyi isə mənbəyə istinadla yazıb ki, Kemerovoya enən təyyarədə nə Putin, nə də digər Rusiya rəsmiləri olub.

Qeyd edək ki, Kemerovodakı ticarət mərkəzində baş verən yanğında 64 nəfər həyatını itirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26