Interposta.Info

Səudiyyə tarixində ilk: Vəhhabi krallığının varisi kilsəni ziyarət etdi

Dünya
 6-03-2018, 15:17     10 391

Səudiyyə taxt-tacının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman Misirin paytaxtı Qahirədə Qipti Kilsəsini ziyarət edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə səfər çərçivəsində qibtilərin lideri Papa II Tavadros ilə görüşüb.

Kilsədən verilən açıqlamaya görə, bu, Səudiyyə Ərəbistanının yarandığı 1932-ci ildən bir ilk olub. Belə ki, daha öncə kral ailəsinin heç bir üzvü kilsəni ziyarət etməyib.

Görüşdə Tavadros Səudiyyə Ərəbistanındakı son prosesləri müsbət dəyərləndirdiyini söyləyib. Şahzadə isə ötən illərdə kilsəyə edilən hücumlar zamanı həyatını itirənlərə görə Tavadosa başsağlığı verib.

Kilsənin sözçüsü Bolis Halim şahzadə Salmanın qibti liderini Səudiyyə Ərəbistanına dəvət etdiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26