Interposta.Info

Boris Yeltsinin doğulduğu ev yandı

Dünya
 2-02-2018, 15:02     10 354

Rusiyanın Sverdlovsk vilayətinin Basmanovskoye kəndində keçmiş prezident Boris Yeltsinin doğulduğu evdə yanğın baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yanğın yanvarın 26-da olub. Hadisənin sobada baş vermiş nasazlıq səbəbi ilə baş verdiyi ehtimal edilir. Heç kəsin yaşamadığı evə qonşu nəzarət edir. O, evə daxil olarkən tüstülənmə görüb və yanğınsöndürmə xidmətinə zəng edib.

Yanğın nəticəsində evdə olan qaz balonu partlayıb. Bu səbəbdən ev tamamilə yanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26