Interposta.Info

Avtoservisdə beş "Gelandewagen" yandı

Dünya
 27-11-2017, 15:05     10 378

Rusiyanın paytaxtı Moskva şəhərində beş ədəd "Mercedes Gelandewagen" markalı avtomobil yanıb.
"XeberBiz" APA-ya istinadən verdiyi məlumata görə, Moskva polisindən bildirilib ki, hadisə Kutuzov keçidində yerləşən avtoservisdə baş verib. "Noyabrın 16-da saat 11:00-da Kutuzov keçidindəki avtoservisin ikimərtəbəli kərpic binasında yanğın baş verib. Yanğın 500 kvadratmetr sahəni əhatə edib. Yanğın nəticəsində beş ədəd "Mercedes-Benz G500" markalı avtomobil tamamilə yanıb", - deyə məlumatda bildirilir. Dəymiş ziyanın ümumi məbləği və yanğının səbəbi dəqiqləşdirilir.

XeberBi.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26