Interposta.Info

Rusiya təyyarələri İdlibdə mülki əhalini bombaladı – 7 ölü, 18 yaralı

Dünya
 30-01-2018, 18:33     10 430

Rusiya təyyarələrinin İdlibdə bazarı bombalaması nəticəsində 7 mülki şəxs ölüb, 18-i yaralanıb.

Avropa.info xəbər verir ki, bu barədə Anadolu Agentliyinə İdlib Mülki Müdafiə idarəsinin müdiri Hac Yusif məlumat verib.
“İdlib vilayətində Serakib, Maarreti, Numan, Kefrenbil, Eriha rayonları, Han əs Sübül el, Maare Şemşe, Kefer Şemşe, Zahebiyyə kəndləri hava hücumlarına məruz qalıb. Əsəd rejimi və Rusiya hər gün 100-ə yaxın hava hücumu keçirir” – Hac Yusif belə deyib.

Bombardmanda yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Han Şeyhun qəsəbəsinə təşkil olunan hava hücumunda isə 5 nəfər yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26