Interposta.Info

Rusiya noyabrda Amerikaya hücum edəcək – Kəşfiyyat şefi planı açıqladı

Dünya
 30-01-2018, 18:03     10 478

Rusiya 6 noyabrda Amerikaya hücuma hazırlaşır.

Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mike Pompeo Rusiyanın 6 noyabrda Konqresə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşdığını açıqlayıb.

“Rusiya seçkilərə müdaxilə etməyə cəhd edəcək, lakin Amerikanın seçkiləri azad və ədalətli şəkildə keçirə biləcəyinə inanıram. Onlara elə bir zərbə vuracağıq ki, seçkilərimizə müdaxilə edə bilməyəcəklər”, - deyə o bildirib.
Rusiya noyabrda Amerikaya hücum edəcək – Kəşfiyyat şefi planı açıqladı


Lakin CİA şefi Donald Trampın prezident seçilməsində Rusiyanın təsirinin olması haqda iddialara inanmadığını qeyd edib.

M.Pompeo amerikalı jurnalist Mixael Volffun Trampın Ağ Evdəki 1 illik fəaliyyətinə dair yazdığı “Atəş və Hirs: Trampın Ağ Evinin içindən” adlı kitabını oxumadığını, ümumiyyətlə oxumaq niyyətində olmadığını da əlavə edib.
Rusiya noyabrda Amerikaya hücum edəcək – Kəşfiyyat şefi planı açıqladı


Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26