Interposta.Info

Böyük işbirliyi: Tramp necə prezident oldu? - Şok iddia

Dünya
 19-03-2018, 09:05     10 383

2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisindən əvvəl Kembric Analitik şirkəti Feysbukla işbirliyi quraraq, 50 milyon amerikalının hesabını ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Qardian” qəzeti araşdırma yazısı dərc edib. Qəzetin iddiasına görə, şirkət 50 milyon insan arasında Donald Trampın təbliğatını aparıb.

Şirkətin keçmiş əməkdaşı Xristofer Vaylinin “Milyonlarla Feysbuk istifadəçisinin hesabları pul müqabilində şirkət tərəfindən alınmışdı” sözlərini diqqətə çatdıran "Qardian" Trampın prezident seçilməsində bu təbliğat maşınının mühüm rol oynadığını yazıb.

İddia ilə bağlı açıqlama yayan Feysbuk rəhbərliyi isə aldadıldığını bildirərək, bu işdə əlinin olmadığını deyib.

İngiltərənin “Observer” qəzeti isə Kembric Analitik Şirkətinin Rusiyanın ikinci ən böyük neft şirkəti olan "Lukoil"lə əlaqələrinin olmasını iddia edib. Bu, Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsində Rusiyanın əlinin olması iddialarını daha da gücləndirib.

Qeyd edək ki, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Rusiyanın seçkilərə müdaxilə etməsi haqda fikirlər gündəmdən hələ də çıxmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26