Interposta.Info

Trampla bağlı yeni iddia: Ağ Evdə 29 yaşlı sevgilisi ilə...

Ölkə
 24-01-2018, 17:39     10 426

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni eşq yaşayır. Prezidentin sevgilisi gənc və gözəl Hop Hiksdir. 29 yaşlı Hiks prezidentin əlaqələr üzrə direktorudur.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Alov və qəzəb: Trampın Ağ Evində” (“Fire and Fury: Inside the Trump White House”) adlı sensasion kitabın müəllifi Maykl Vulf çıxış edib.

Onun iddiası ABŞ-da bomba kimi patrtlayıb.

71 yaşlı Trampla 47 yaşlı birinci xanım Melenianın ayrı-ayrı otaqlarda yatdığını yazan Vulf cütlüyün arasına girən şəxsin Ağ Evdə işləyən bir xanım olduğunu qeyd edib. Bu, Tramp tərəfindən bir müddət əvvəl Ağ Evdə vəzifəyə gətirilən Hop Hiksdir.

İyirmi yaşlarında karyerasına model olaraq başlayan, daha sonra Tramp şirkətinin sözçüsü vəzifəsi alan Hiks Tramp ailəsinin ən etibarlı şəxsləri arasındadır.

Hiks 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın ən əhəmiyyətli köməkçilərindən biri olub. O, seçki kampaniyasında Trampın prezident seçilməsi üçün var qüvvəsi ilə çalışıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26