Interposta.Info

Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

Dünya
 10-01-2018, 15:03     10 393

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərazində 40-dan çox sakin həlak olub.

Trend-in məlumatına görə, son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür.

Ümumilikdə, yanvarın 5-dən davam edən soyuqlardan 143 nəfər həlak olub.

Bildirilir ki, təbiət hadisəsi ilə əlaqədar məktəblərdə dərslər dayandırılır.

Kəskin soyuqların yaxın iki gündə davam edəcəyi proqnozlaşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26