Interposta.Info

ABŞ-da anomal soyuqlar və qarlı hava 16 nəfərin ölümünə səbəb olub

Dünya
 4-01-2018, 23:49     10 421

ABŞ-da son bir həftə ərzində azı 16 nəfər anomal soyuqların və qarlı hava şəraitinin qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Viskonsində 6, Texasda 4, Şimali Karolinada 3 ölüm faktı qeydə alınıb.

Miçiqan, Missuri və Şimali Dakota ştatlarının hər birində kəskin soyuq və qarlı hava ilə əlaqədar 1 ölüm faktı qeydə alınıb. Telekanal qeyd edib ki, bu ştatlarda temperatur normadan 15-20 dərəcə aşağıdır. Məsələn, Missuri ştatının Sent-Luis şəhərində havanın hərarəti mənfi 13 dərəcədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26