Interposta.Info

Rusiya və Şri-Lanka arasında “çay-absest” müharibəsi...

Dünya
 30-12-2017, 07:28     10 388

Putin rejiminin Qərbdə az qala hər kəslə münaqişə halında olduğu heç kimə sirr deyil. Lakin Rusiyanın Şri-Lanka ilə diplomatik müharibədə olması yəqin ki, heç kimin ağlına gəlməz.

Görünür, ruslara kiminləsə dava-dalaş salması üçün coğrafi məsafənin önəmi yoxdur.

Şri-Lankanın “The Daily Mirror” qəzetinin yazarı Ranqa Cayasuriyanın yazısı iki ölkə arasında son vaxtlarda baş verən diplomatik və casus qalmaqalı haqqındadır. Yazar Rusiyanın Şri-Lankadan çay idxalına qadağa qoyulmasını bununla əlaqələndirib.

Belə ki, iki həftə bundan öncə Rusiya guya paketlərdən böcək çıxması bəhanəsi ilə Şri-Lanka çaylarının ölkəyə girişinə yasaq qoyub. Rəsmi Kolombo (Şri-Lankanın paytaxtı) buna cavab olaraq Rusiyadan asbest idxalını dayandırıb (asbest tikintidə istifadə edilən, lakin bir çox xəstəliklərə yol açan və Qərbdə qadağan edilən kanserojen materialdır-red.). Şri-Lanka hakimiyyəti bunu insanların sağlmlığının qayğısına qalmaq arzusu ilə izah edib.

Yazıda “çay-asbest” müharibəsinin arxasında haker-casus probleminin durduğu bildirilir.

Müəllif Şri-Lanka hakimiyyətinin bu yaxınlarda ABŞ-ın sorğusu əsasında rusiyalı bir hakeri ölkədə həbs etdiyini yazır. Amerikalılar həmin hakeri bank fırıldağına görə axtarırmışlar. Moskva isə hakerin oğurluq etdiyinə görə onlara təhvil verilməsini tələb edib.

Sözügedən virtual oğru 22 yaşlı Manokin Raufoviçidir. Şri-Lanka məhkəməsi Raufoviçi külli miqdarda girov müqabilində azad edib. Şahidlərin bildirdiyinə görə, Raufoviç Rusiya hərbi-sənayesinin aparıcı şirkəti sayılan “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyevin şəxsi təyyarəsi ilə geri qayıdıb. Mixeyev özü isə Şri-Lanka ya Hepard 5.1 yüngül freqatın satışı üçün uçubmuş.

Müəllif Rafuoviç kimi Rusiyada “vətənpərvər” sayılan hakerlərin ABŞ-da həm maliyyə oğurluğuna, həm də ABŞ-dakı prezident seçkilərinə qarışması səbəbindən axtarışda olduğunu vurğulayır. “Əgər Raufoviç Putinin yaxın adamlarından birinin təyyarəsində qaçmaq şərəfinə nail olubsa, bu, onun Kreml üçün nə dərəcədə vacib fiqur olduğunu göstərir”, - məqalədə qeyd olunur.

Cayasuriya Putinin Şir-lnaka hakimiyyətinin bu hərəkətini onlara bağışlamadığını vurğulayır: “Bu, Putinin beynəlxalq münasibətlərdə götürdyü xəttdir. O, onu saymayan dövlətlərə və onların rəhbərlərinə nifrət edir. İndi biz özümüz bel altından zərbə almışıq. (Rusiya Şri-Lanka çayları üçün böyük bazar sayılır) Çünki Moskva Şri-Lankanın amerikalılarla oyun oynayaraq onların maraqlarına zərbə vurduğunu düşünür. Bunu Rusiyanın Şri-Lankadakı səfirinin asbestin gətirilməsinin qadağan olunması ilə bağlı etdiyi xəbərdarlıqlardan da görmək olar”.

Müəllif bu məsələdə Kolombo hakmiyyətinin tələsik qərar verdiyini hesab edir. Onun firkincə, Şri-Lanka kimi kiçik dövlətlər böyük dövlətlərin münaqişəsinin ortasında qalmalı deyil.

“ABŞ və Avropaya meyllilik hər cür tərifə layiqdir. Lakin Çin və Rusiya kimi iri kisələrə malik dövlətləri də inkar etmək olmaz. Bu gün yandırılan körpüləri sabah təmir etmək olduqca çətindir”, - Cayasuriya yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26