Interposta.Info

Türkiyə bu ölkələrlə uçuşları dayandırır

Dünya
 29-06-2021, 08:42     835

Türkiyə yeni koronavirus ştammlarının yayılması ilə əlaqədar bir neçə ölkə ilə uçuşlarını dayandırıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1 iyul tarixindən etibarən Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri Lanka ilə uçuşlar dayandırılacaq.

Qeyd olunub ki, Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal, Şri-Lankadan gələn və son 14 gün ərzində orada olan şəxslərin ölkəyə gəlmədən 72 saat əvvəl mənfi PCR testi nəticəsini təqdim edilməsi tələb olunur. Sonra həmin şəxslər 14 gün karantində qalacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26