Interposta.Info

ABŞ Türkiyəyə ən güclü raketini verir

Dünya
 29-12-2017, 12:33     10 312

ABŞ-ın “Raytheon” şirkəti Türkiyəyə AMRAAM raketlərini satacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Türkiyə ilə bərabər raketlərin Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə də satılacağı bildirilir.

Qeyd edək ki, AMRAAM ABŞ-ın silahlanmasında olan ən güclü idarə olunan raketlərdən biri sayılır. 1991-ci ildə ABŞ silahlanmasına daxil olan raket hava-hava sinfinə aiddir. Bu raketlər F-15, F-16, F-18 və F-22 təyyarələri üçün nəzərdə tutulub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26