Interposta.Info

Ərəblər Türkiyəyə qarşı kampaniya başlatdılar –

Dünya
 8-06-2017, 19:04     778

Ərəblər sosial şəbəkələrdə Qətərə dəstək verən Türkiyəyə qarşı boykot çağırışı ediblər.

Axar.az xəbər verir ki, Türkiyənin Qətərə əsgər göndərməsi ilə bağlı qərarından sonra Səudiyyəni dəstəkləyən ərəblər Türkiyəni ittiham ediblər. Onlar hər kəsi Türkiyənin məhsullarını boykot etməyə çağırıblar.

Qeyd edək ki, terrorizmə dəstək vermək bəhanəsi ilə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv kimi ölkələr Qətərlə münasibətləri dayandırıblar. İordaniya isə Qətərlə münasibətləri ən aşağı səviyyəyə endirib.

Türkiyə isə Qətərə sanksiyaların tətbiqinə qarşı çıxıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26