Interposta.Info

Erməni gənclər ayağa qalxdı: Parlamentə giriş bağlandı

Dünya
 15-11-2017, 13:18     10 030

Ermənistan Milli Məclisi 15 noyabr iclasında “Hərbi xidmət və hərbçilərin status haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etməklə tələbələri hiddətləndirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qanunun lehinə 86, əleyhinə 6 deputat səs verib.

Səsvermədən qabaq “Çıxış” blokunun deputatı Ararat Mirzoyan çıxışında xatırladıb ki, tələbələrə möhlət hüququnun ləğvinə etiraz olaraq 4 tələbə aclıq aksiyasına başlayıb. O, 120 elmi tədqiqatçının da tələbə aksiyalarına qoşulduğunu deyərək qanun layihəsinin əleyhinə səs verməyə çağırsa da, nəticəsi olmayıb.

Xatırladaq ki, ilk səsvermədə qanun layihəsinin lehinə 89, əleyhinə 9 deputat səs vermişdi. Tələbə aksiyalarının təşkilatçılarından biri Vaqan Kostanyan tələbələrə mətbuata açıqlamasına qanunun qəbulunu şərh edərkən deyib ki, bununla da parlament tələbələrin səsini eşitmədiyini nümayş etdirdi. “Parlament bizim səsimizi eşitmədiyi üçün biz parlamentin binası qarşısında sükut aksiyasına başlayırıq”-o, bəyan edib.

Kostanyan bildirib ki, buna imkan verməmək üçün parlamentə gedən yollar nəzarətə götürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26