Interposta.Info

Hindistanla Rusiya arasında “Çakra” böhranı...

Dünya
 13-11-2017, 07:33     7 775

Ruslar Hindistanı ABŞ hərbçilərini onların sualtı qayıqlarına buraxaraq kəşfiyyat fəaliyyəti aparmasına icazə verməkdə ittiham edirlər

Rusiya və Hindistan arasında yeni casusluq qalmaqalı yaranıb. Rusiya mediasının verdiyi məlumata görə, rəsmi Moskva Hindistan ordusunu onlara məxsus sualtı qayığa amerikalı hərbçilərin girişinə icazə verməkdə ittiham edib.

Burada söhbət Rusiyanın “971 İ” atom sualtı qayığından gedir. Həmin gəmi Hindistan tərəfindən lizinq qaydasında 10 il müddətində icarəyə götürülüb və “Chakra” (Çakra oxunur-red.) adı altında fəaliyyət göstərir.

“Cahkra “ərtrafında yaranan qalmaqal barədə ilk dəfə “Strategypage.com” saytı məlumat verib. Saytın verdiyi məlumata əsasən, ruslar Hindistan yetkililərini lizinq haqqında müqavilənin şərtlərinə zidd olaraq gəmiyə amerikalı hərbçiləri buraxmaqda günahlandırıb.

Qeyd olunur ki, bəhs olunan insident Hindistan komandanlığının Rusiyaya qarşı bu tip ilk hərəkəti deyil. Belə ki, bundan öncə ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətini “Vikramaditya” adlı aviadaşıyıcının (keçmiş “Admiral Qorşkov” hərbi gəmisi) göyərtəsində görüblər. Həmin vaxt Rusiyanın gücü ancaq zəif etiraz notasına çatıb. O zaman rəsmi Moskvanın Hindistana deyəcək sözü olmayıb. Çünki “Chakra” dan fərqli olaraq, avidaşıyıcı satınalma yolu ilə Hindistan tərəfinin mülkiyyətinə verilibmiş.

Bu dəfəki vəziyyət isə daha fərqlidir. Çünki gəmi hüquqi olaraq Rusiya Müdafiə Nazirliyinin balansında gedir. Müdafiə Nazirliyinin rəsmilərindən verilən məlumata görə isə sualtı qayığı “ziyarət edən” ABŞ hərbçiləri arasında yüksək hazırlıqlı peşəkar mühəndislər də olub. Qeyd olunur ki, “971 Şuka-B” tipli sualtı gəmi 600 metrə qədər suya dala bilir və olduqca sürətlidir. Gəmi torpedolar, minalar, raketlərlə təchiz olunur. Gəminin icarəyə verilməsi ilə bağlı müqavilənin ümumi qiyməti 650 milyon dollardır. Rusiya tərəfi sözügedən insidentin iki ölkə arasndakı hərbi münasibətlərə ağır zərbə vuracağını söyləyir. Nəzərə almaq lazımdır ki, Hindistan Rusiya silahının əsas alıcılarından biridir. İki ölkə arasında silah ticarətinin həcmi 15 milyard doları ötür.

Hadisənin Hindistanın Rusiyadan almaq istədiyi ikinci atom sualtısının lizinqi ilə bağlı aparılcaq danışıqlara da ciddi təsiri olacaq. Belə ki, ruslar “Chakra”nın tərkibində olan Club-S raket komplekslərinin yerinə ən müasir, iki ölkənin birgə istehsalı sayılan gəmi əleyhinə BrahMos raketlərini də quraşdırmaq istəyrmiş. Bundan başqa, Hindistan daha bir çoxfunksiyalı “Yasen” 885 layihəsi olan ultramüasir atom sualtı qayğına da maraq göstəriblər. Lakin Rusiya tərəfi məxfilik nöqteyi-nəzərindən bu sövdələşməyə soyuq yanaşır. İndi “Chakra” qalmaqalından sonra Hindistan üçün Rusiyadan yeni sualtı qayıqlar və raketlər almaq mümkün görünmür.

Hindistanın bu məsələdə əl-ayağa düşməsinə səbəb onun əbədi geopolitik düşməni Pakistanla apardığı rəqabətdir. Belə ki, Pakistan 2015-ci ildə Çindən 8 ədəd “041” tipli ən yeni sualtı qayıqlar sifraiş edib. Onlardan 4-ü Karaçidə, 4-ü isə Çinin gəmi tərsanələrində quraşdırılacaq. Hindistan isə bu məsələdə müsəlman qonşusundan ciddi şəkilə geridə qalır. Dəniz dövləti olmasına rəğmən, son 15 ildə cəmi bir gəmisi, Hindistan HDQ-yə öz istehsalı olan “Arihant” sualtısı daxil edilib.

Məsələ o dərəcədə böyüyüb ki, Putin özünün ən yaxın adamlarından birini-baş nazirin müavini, Rusiyanın silah sənayesinə rəhbərlik edən Dmitri Roqozini Dehliyə göndərir.

“Kommersant”ın yazdığına görə Roqozini əslində asan görüş gözləmir. Çünki Hindistan Rusiya üçün olduqca vacib partnyor və gəlir mənbəyidir. Hindistan tərəfinin də rusların hədələrinə qarşı öz kozırları var.

İki ölkə birlikdə 5-ci nəsil hərbi təyyarələrin hazırlanması və istehsal edilməsi üzərində iş aparmalıdır. Bundan başqa, ruslar Hindistana 48 ədəd “Мi-17V-5” helikopterini, habelə, S-400 zenit raket kompeskini satmağı dşünürlər. Bu sazişlərin ümumi dəyəri isə 3 milyard dollardan artıqdır.

XeberBiz..az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26