Interposta.Info

Moskva qarışdı: 380 nəfər həbs edildi

Dünya
 6-11-2017, 07:22     8 552

Moskvanın mərkəzində 200-dən çox insan həbs edilib.

Axar.az xəbər verir ki, həbslər həmçinin Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində də baş verib.

Məlumata görə, təkcə Moskvanın Manej Meydanında aksiya keçirtməyə cəhd edən 40 nəfər polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, 3 noyabrda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları hazırda mühacirətdə olan siyasətçi Vyaçeslav Maltsevin rəhbərlik etdiyi “Artilleriya hazırlığı” blokunun təxribat planlaşdıran üzvlərinin saxlandığını açıqlamışdı. Ölkədən qaçan Maltsev isə 5 noyabrda Rusiyada inqilab olacağını bildirmişdi.

***

Rusiya hakimiyyətinə qarşı təşkil edilən icazəsiz aksiyalarda həbs edilənlərin sayı 380-ə çatıb.

interposta.info
Moskva qarışdı: 380 nəfər həbs edildi
Moskva qarışdı: 380 nəfər həbs edildi
Moskva qarışdı: 380 nəfər həbs edildi
Moskva qarışdı: 380 nəfər həbs edildi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26