Interposta.Info

Rusiyada:

Dünya
 12-06-2017, 16:41     887

Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb.

Axar.az xəbər verir ki, mitinqlərin 200-ə yaxın şəhərdə keçirilməsi nəzərdə tutulur. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilir. Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb.

Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib. Moskvada isə mitinqə Saxarova prospektində keçirilməsinə izn verilməyib. Buna görə də mitinq Tverski küçəsinə keçirilib.

Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondu və rəhbəri Aleksey Navalnıdır.

***

Rusiya hüquq mühafizə orqanları aksiyaçılara qarşı hərəkətə keçib.

Kazandakı mitinqdə 5 nəfər saxlanılıb. Norilsk şəhərində isə saxlanılanların sayı 10-u keçib.

Vladivostokda da həbslər artmağa başlayıb. Şəhərdə həbs olunanların sayı 20 nəfərdən çoxdur. Bunlardan 3-ü yetkinlik yaşına çatmayanlardır. Şəhərdə saxlanılardan biri polisə hücumda şübhəli bilinir. Aksiyaya qatılan aktivistlərdən biri kazaklar tərəfindən vəhşicəsinə döyülüb.

Moskvada da həbslər müşahidə edilir. Burada həbs edilənlər arasında yetkinlik yaşına çatmayanlar var. Həbs olunanların sayı sürətlə artır. Hələlik bu say 11 nəfərə yaxınlaşır.

Peterburq şəhərində korrupsiyaya qarşı mübarizə üzrə mitinqin təşkilatçısına hədə-qorxu gəlinib. Burada saxlanılanların sayı 50 nəfəri keçib.

Qeyd edək ki, Navalnı hakimiyyətin təklif etdiyi küçədə mitinq keçirməkdən imtina etdiyi üçün aksiyadan az öncə evinin blokunda həbs edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26