Interposta.Info

Moskvada Rusiya müxalifətinin icazəsiz aksiyasında yüzlərlə iştirakçı saxlanılıb

Dünya
 3-08-2019, 20:24     10 376

Rusiya müxalifətinin bu gün paytaxt Moskvada icazəsiz aksiyası gözlənildiyi kimi kütləvi həbslərlə başlanılıb.

“Kommersant” qəzetinin yazdığına görə, tutulmalar əsasən Bulvar həlqəsində həyata keçirilir.

Puşkin meydanında 30-dan çox müxalifətçi saxlanlıb.

“Novaya qazeta” qəzetinin məlumatına əsasən, insanları kütlədən ayırıb avtobuslara doldururlar.

Maroseyka küçəsində politoloq Arkadi Dubnov ətrafındakı 5 şəxslə birlikdə həbs olunub.

Bundan öncə isə müxalifətin liderlərindən, Moksva şəhər dumasına keçiriləcək seçkilərdə müstəqil şəkildə namizədliyini irəli sürmüş, lakin qeydə alınmamış Lyubov Sobol tutulub. Xanım Sobol Rojdenstvenksi bulvarındakı imza toplama mərkəzindən Bulvar həlqəsinə doğru hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

“OVD-info” saytının verdiyi məlumata görə, ümumlikdə milli qvardiya 1300-dən çox iştirakçını həbs edib.

Aksiyada 6 mindən çox vətəndaşın iştirak etdiyi bildirilir.

Qeyd olunur ki, bundan öncə Rusiya müxalifətini bir çox tanınmış simaları və müstəqil namizədələr Dmitri Qudkov, Vladimri Milov, Yuliya Qalyamina, Konstantin Yankauskas, Aleksandr Solovyov, İlya yaşin, İva Jdanov da daaha öncə, iyulun 27 də keçrilən mitinq zamanı Moskva məhkəməsini hökmü ilə həbs cəzası verilib.

Ruisya müxalifətinin qeyri-rəsmi lideri sayılan Aleksye Navalnı isə hələ iyul ayının 24-də məhkəmə qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası alıb.

Qeyd olunur ki, Rusiyadakı çaxnaşmalar sentyabr ayında Moskva şəhər Dumasına keçiriləcək seçkilərdə müxalif yönümlü namizədlərin hamısının qeydiyyata alınmasından imtina olunduqdan sonra baş verir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26