Interposta.Info

"CNN": ABŞ qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb

Dünya
 1-11-2017, 19:37     10 369

Birləşmiş Ştatların Yapon dənizindəki "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşan Rusiya təyyarələri ABŞ qırıcıları tərəfindən uzaqlaşdırılıb

interposta.info bu barədə "CNN"-ə istinadən xəbər verir.

"Bazar günü Rusiyaya məxsus TU-95 tipli 2 bombardmançı təyyarə "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşıb. Lakin gəmidən havaya qaldırılan F/A-18 qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb", - ABŞ rəsmisi bildirib.

Rəsmilər Rusiya təyyarələrinin problem yaratmadan ərazidən getdiyini və təhlükəli vəziyyət olmadığını bildirib.

Qeyd edək ki, bu bölgədə Çin, Yaponiya və Koreya da var. Şimali Koreya ilə yanaşı, Çin və Rusiya da ABŞ-ın regiona artan marağından narahatdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26