Interposta.Info

Kürd Muxtar Əyalətinin başçısı məlum oldu

Dünya
 30-10-2017, 12:00     9 239

İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini müvəqqəti olaraq muxtariyyətin baş naziri Neçrivan Barzani icra edəcək.

interposta.info Haber 7-yə istinadən xəbər verir ki, əyalətə yeni başçı seçilənədək qərarları muxtariyyətin parlamenti və ya Ədalət Şurası qəbul edəcək. N.Barzani isə həmin qərarların icrası ilə məşğul olacaq.

İraq Türkmən Cəbhəsinin üzvü, Ərbili təmsil edən depurtat Aydın Maruf Məsud bildirib ki, muxtariyyətin başçısı Məsud Barzaninin səlahiyyətlərinin parlament və ya Ədalət Şurasına verilməsi səs çoxluğu ilə qəbul edilib.

Onun sözlərinə görə, muxtariyyət parlamentinin qərarına əsasən, İraqın Şimalındakı Yerli İdarəetmənin Başçılıq Rəyasət Heyəti də ləğv olunub.

Ötən gün muxtariyyətin başçısı Məsud Barzani istefa verib. Onun vəzifəsindən getməsi ilə bağlı müraciəti parlamentdə oxunub. M.Barzani müraciətində qeyd edib ki, noyabrın 1-dən etibarən Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini icra etmək istəmir.

Onun istefası parlamentdə səs çoxluğu ilə qəbul olunub.

Xatırladaq ki, əyalətin başçısı vəzifəsini icra edəcək Neçirvan Barzani 1966-cı ildə İraqda anadan olub. O, 1984-cü ildə Tehran Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. 2006-2009-cu illərdə muxtariyyətdəki hökumətə başçılıq edib, 2012-ci ildən isə bu bölgənin baş naziridir. N.Barzani Məsud Barzaninin qardaşı oğludur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26