Interposta.Info

İraq hökuməti kürd muxtariyyətinə ordu yeridəcək

Müxtəlif
 28-09-2017, 12:12     10 043

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İraq Kürdüstanının müstəqillik referendumundan sonra rəsmi Bağdad üsyançı bölgələr üzərində nəzarəti güc yolu ilə bərpa etmək barədə qərar çıxarıb

Çərşənbə günü İraq parlamenti Kərkük əyalətinin neft rayonlarına ordu yeritmək barədə Baş nazir Haydar əl-Əbadiyə səlahiyyət verib. 10 iyul 2014-cü ilə qədərki vəziyyətə uyğun olaraq, güc strukturları bütün mübahisəli rayonlara yerləşdiriləcək.

İraq hakimiyyəti muxtariyyət ərazisindəki yataqları federal neft nazirliyinin nəzarəti altına qaytarmaq və bölgədə fəaliyyətdə olan hər-hansı partiyanın bu sahəyə soxulmasına yol verməmək niyyətindədir.

Parlament qarşısında çıxış edən əl-Əbadi vəd verib ki, Bağdad qanunun və konstitusiyanın gücü ilə muxtar İraq Kürdüstanını öz nəzarəti altına qaytaracaq.

«Bir vətənin oğulları arasında mübarizə ola bilməz, amma biz qanunu tətbiq edəcəyik və siz bunu görəcəksiniz» – deyə, hökumət başçısı bəyan edib.

Baş nazir kürdləri referendumun nəticələrini ləğv etməyə və müxtariyyətin sərhədlərindən kənarda onların nəzarəti altına düşmüş rayonlardan imtina etməyə çağırıb.

Kərkükün qubernatoru Nəcməddin Kərim isə öz növbəsində, bəyan edib ki, kürd əyalətlərinin təhlükəsizlik qüvvələri ordunun mübahisəli neft rayonlarına daxil olmasına imkan verməyəcək.

«Ordunun gəlməsinə ehtiyac yoxdur, biz opdunun girməsinə imkan verməyəcəyik. Biz, ordunun mövqeyini bilirik. O, Mosul, Havica, Ramadi kimi rayonlarda olan zaman, «İslam dövləti» peyda olan kimi, onlar qeyb oldular. Biz Kərkükdə təhlükəsizlik qüvvələrimizə – peşmərgəyə, asayişə (təhlükəsizlik xidməti) və polisə güvənirik» – deyə, qubernator bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26