Interposta.Info

Saakaşvili çadıra köçdü - Etirazçılarla bir yerdə yaşayacaq/ VİDEO

Dünya
 25-10-2017, 11:08     9 605

Gürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili yaşamaq üçün etiraçıların Kiyev şəhərində qurduğu çadır şəhərciyinə köçüb.

BakuPost.az xəbər verir ki, bu barədə Saakaşvilinin tərəfdarları facebookda canlı yayımla bəyan ediblər. Qeyd olunub ki, Saakaşvilinin ən yaxın adamları həbs olunduğuna görə onun həyatı üçün təhlükə ola bilər. Buna görə də keçmiş prezident ən təhlükəsiz yer kimi tərəfdarlarının qurduğu çadırlara üz tutub. O, bu gündən etibarən çadırlardan birində yaşayacaq.

Məlumat üçün bildirək ki, Ukraynanın baş prokuroru Yuriy Lutsenko bu gün Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edildiyini açıqlayıb. O bildirib ki, Ukraynanın Saakaşvili ekstradisiya etmək hüququ var

Qeyd edək ki, bir neçə gündür Ukraynada Ali Radanın qarşısında etiraz aksiyaları keçirilir. Onlar sözügedən məkanda çadırlar qurub, orada gecələyirlər.

Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26