Interposta.Info

İŞİD əsirliyində olan ruslarla bağlı daha bir - VİDEO

Dünya
 10-10-2017, 14:14     8 189

FaktXeber.com-un verdiyi məlumata görə, oktyabrın 9-da İŞİD əsirliyində olan ruslarla bağlı daha bir video paylaşılıb. Roliki paylaşan EuphratesPost ərəb informasiya agentliyinin titrlərindən aydın olur ki, Rusiya vətəndaşları sağ ola bilər.

Yeni videoda ruslar səhrada pikapın yük yerindədirlər. Roman Zabolotnıy terrorçuların suallarına cavab verir, Georgiy Çurkanov isə huşsuz vəziyyətdədir.

Kadrlarda həmçinin Suriya ordusundan olan hərbçinin də əsir düşdüyü görünür, terrorçular onu ələvi adlandırırlar.

Onların hamısının əlləri arxadan bağlı olub.
Ehtimal olunur ki, əsirlər sağdırlar və onları tutan terrorçular danışıqlara hazırdırlar.

MK agentliyi Suriya mənbələrinə istinadla bildirir ki, rusiyalı girovlar hələ də sağdırlar.

«Onların edam olunduğu barədə heç bir rəsmi təsdiq yoxdur. Adətən belə hallarda terrorçuların nəzarətində olan agentliklər uyğun videonu qoyurlar. Ceyms Foulinin edam videosunu xatırlamaq olar, hansı ki, elə həmin gün qoyulmuşdu».

Mənbə bildirir ki, ruslar Palmirradan Deyr əz-Zora gedən yolda sentyabrın 28-də əsir düşüb.

Xatırladaq ki, İŞİD terror təşkilatına əsir düşmüş Roman Zabolotnıyın öldürüldüyü barədə məlumatlar yayılmışdı. FaktXeber.com-un məlumatına görə, bu barədə Rostov-Donun şəhər dumasının deputatı Anatoliy Kotlyarov Dojd telekanalına bildirmişdi.

İkinci əsir Qriqoriy Çurkanın taleyi barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın sonlarındaİŞİD terror təşkilatı 2 rus əsgərin əsir götürülməsi barədə elan etmişdi. Oktyabrın 3-də isə bu barədə video paylaşılmışdı.

Zabolotnıy Rostovda qazax təşkilatının üzvü kimi tanınmışdı, Çurkan isə "Döyüş qardaşlıbı" veteran təşkilatının üzvü olduğu bildirilir. Çurkanın qohumlarının sözlərinə görə, o, suriyaya «Vaqner» özəl hərbi kompaniyanın adından gedib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26