Interposta.Info

Las-Veqas terrorunu kim törədib? -

Dünya
 2-10-2017, 21:28     10 473

10:48

ABŞ-ın Las-Veqas şəhərində “Rout 91” adlı musiqi festivalına silahlı hücum olub.

Axar.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.

Silahlı hücum nəticəsində 2 ölü, 24 yaralının olduğu bildirilir. Hücum edən şəxsin otelə sıxışdırıldığı da bildirilir.

***

Las-Veqasda musiqi festivalına hücum edən şəxs zərərsizləşdirilib.

Buna baxmayaraq hücum edənlərin bir yox, bir neçə şəxs olduğu iddia edilir.

***

Las-Veqasda musiqi festivalında baş verən atışma zamanı ölənlərin sayı 20-yə çatıb.

Bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb.

100-dən çox insan isə yaralanıb.

***

Las-Veqasda musiqi festivalında baş verən atışma zamanı ölənlərin sayı 50-yə çatıb. 200-dən çox yaralının olduğu bildirilir.

***

Polis hadisəni törədən şəxsin 64 yaşlı yerli sakin Stiven Paddok olduğunu açıqlayıb.

Hazırda ABŞ polisi Paddokla birlikdə sözügedən teraktı törətməkdə şübhəli bilinən M.Danli adlı qadını axtarır.

19:07

ABŞ-ın Las-Veqas şəhərində "Rout 91" musiqi festivalında baş verən teraktla bağlı yeni məlumat yayılıb.

Axar.az xəbər verir ki, terrorun məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb.

Qeyd edilir ki, bu hücum ABŞ tarixinin ən ölümcül silahlı hücumu olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26