Interposta.Info

ABŞ-da atışma nəticəsində 5 nəfər ölüb

Ölkə
 28-04-2020, 07:49     367

Bazar ertəsi ABŞ-ın Viskonsin ştatında atışma nəticəsində 5 nəfər ölüb.

APA CBS telekanalına istinadən xəbər verir ki, ölənlərin yaşı 14-41 yaş aralığındadır.

Ölənlərin cəsədləri Miluoki şəhərində bir evdə tapılıb. Onların bir-birlərinə tanış olduğu bildirilsə də, qohumluq əlaqələri dəqiqləşdirilməyib.

Atışma barədə yerli polisə məlumat daxil olan kimi dərhal bir neçə küçə bağlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub. Hadisənin motivləri barədə məlumat verilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26