Interposta.Info

Bərzanidən referendum sonrası ilk açıqlama

Dünya
 27-09-2017, 07:32     10 467

Kürdüstan xalqı yeni bir dönəmə daxil oldu.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtar vilayətinin lideri Məsud Bərzani referendumdan sonra ilk açıqlamasında deyib.

O bildirib ki, referenduma görə Kürdüstan xalqının cəzalandırılması ilə bağlı səsləndirilən təhdidləri təəccüblə qarşılayır:

“Kürd-şiə ittifaqının bitdiyini hayqıran sizlərsiniz. İraq hökumətinə çağırış edirəm: Sanksiya əvəzinə, dialoqa başlayaq. Hər iki tərəf üçün ən yaxşı yol dialoqdur. Qonşu ölkələrdən isə tələbim odur ki, həll prosesi üçün yardımçı olsunlar. İran və Türkiyənin kimyəvi hücumlar və miqrant axını ilə bağlı sərgilədiyi mövqeyi təqdir edirik. Terrora qarşı mübarizədə beynəlxalq koalisiyanın önəmli üzvü kimi qalmaqda davam edəcəyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26