Interposta.Info

Bərzani son nöqtəni qoydu: Heç kəsi dinləməyin, gedirik

Dünya
 15-09-2017, 20:47     10 413

Daha əvvəl bir çox vədlər verildi, ancaq heç biri yerinə yetirilmədi. Heç kəsin sözünü dinləməyin, referenduma gedirik.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani bildirib.

Bərzani ABŞ-ın referendumu təxirə salınması üçün edilən təklifə münasibət bildirərkən qeyd edib ki, yalnız Kürdüstan xalqı referenduma legitimlik qazandıracaq, xaricdəkilər deyil. Bu səbəbdən heç kəsin sözünü dinləməyin, referenduma gedirik. Lazım olanı edəcəyik, bədəlini ödəməyə də hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26