Interposta.Info

Kürdlərin skandal xəritəsi: Türkiyəni böldülər...

Dünya
 23-09-2017, 20:01     10 438

25 sentyabrda İraq Kürd Muxtariyyətində baş tutacaq müstəqillik referendumu yaxınlaşdıqca regionda vəziyyət getdikcə gərginləşir.

Axar.az xəbər verir ki, Türkiyə, İran və İraq hakimiyyətinin referenduma qarşı çıxdığı halda kürd administrasiyası bu planın həyata keçiriləcəyini bildiririr.

Referenduma 2 gün qalmış kürdlərin mərkəzi şəhəri hesab edilən Ərbil küçələrində skandal xəritə peyda olub.

Müstəqil Kürdüstanın göstərildiyi xəritəyə Türkiyənin Van, Hakkari və Qars vilayətləri də əlavə edilib.

Qeyd edək ki, həmin xəritə bir neçə gün əvvəl “Rudav” qəzeti tərəfindən yayımlansa da, sonradan silinmişdi.

Kürd administrasiyası bu xəritəni “Böyük Kürdüstan” olaraq ictimaiyyətə təqdim edir.

interposta.info
Kürdlərin skandal xəritəsi: Türkiyəni böldülər...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26