Interposta.Info

Deputatın güllələnmə anının video-görüntüləri yayıldı -

Dünya
 30-08-2017, 11:27     10 658

Xəbər verildiyi kimi, avqustun 25-də Çeçenistanda yerli parlamentin deputatı Maqomed Axsabov avtomobilində yol gedərkən qətlə yetirilib.

Moderator.az İsrail mediasına istinadla yazır ki, çeçen deputatın güllələnməsinin onun avtomobilinin video-registratoru tərəfindən lentə alınmış video-görüntüləri əldə edilib.

Naməlum şəxslər avqustun 25-də Açxoy-Martanovsk yolunda deputatın avtomobilini atəşə tutublar. Nəticədə qəzaya uğrayan avtomobildə Asxabov ölüb. Rusiya İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastrıkin qətlin araşdırılmasını şəxsi nəzarəti altına götürüb. Çeçenistan rəhbəri Ramzan Kadırov isə bildirib ki, M.Asxabovun qətlinin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və “ölüm işi, demək olar ki, yarıyadək açılıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26