Interposta.Info

Rusiyanın sirri açıldı:

Dünya
 24-08-2017, 19:06     9 554

Ukraynanın nəzarətində olmayan Donbas ərazilərindəki Rusiya qüvvələri təmas xəttinin yaxınlığında yerləşən mülki müəssisələrdə Minsk sazişi ilə qadağan edilmiş silah və hərbi texnika gizlədirlər və ATƏT-in xüsusi monitorinq missiyasının müşahidəçilərini həmin əraziyə buraxmırlar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi informasiya yayıb.

“Silahların aşkarlanmasının qarşısını almaq üçün düşmən həmin obyektlərin yoxlanılması zamanı ATƏT nümayəndələrinin işlərini məhdudlaşdırır və ya texnikanı köçürür”, - idarədən bildirilib.

Qadağan edilmiş silah və hərbi texnikanın “Debaltsevo” metallurgiya maşınqayırma zavodunun ərazisində olduğu qeyd olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26