Interposta.Info

İrandan ABŞ-a:

Dünya
 22-08-2017, 18:07     10 492

Əgər istəsək, cəmi 5 gün ərzində uranı zənginləşdirə bilərik.

Bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

“Bizə 5 gün bəs edər ki, Fordo nüvə stansiyasında uranı 20 faiz zənginləşdirək. Lakin bunu istəmirik, çünki Kompleks Fəaliyyət Planı (JCPOA) razılaşmasının şərtlərinə əməl etməyə çalışırıq”, - Əli Əkbər Salehi bildirib.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ötən həftə ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyi halda 2015-ci ildə imzalanmış nüvə razılaşmasını (JCPOA) tərk edəcəklərini deyib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26