Interposta.Info

Pxenyanın ABŞ-ı vurma anı... –

Dünya
 22-08-2017, 12:29     9 931

Şimali Koreya ABŞ-a məxsus Quam adasını necə məhv edəcəyinə dair video hazırlayaraq, internet şəbəkəsinə yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” informasiya yayıb. Görüntülərdə xaçlarla dolu məzarlığa baxan amerikalı lider Donald Tramp və alovlarla örtülmüş vitse-prezident Mayk Pens təsvir olunub. Daha sonra Şimali Koreyalılar orta məsafəli ballistik raketlərin Quam adasına yönəldildiyini göstəriblər.

“Amerikalılar gözləri və qulaqları açıq yaşamalıdırlar. Onlar “Xvasonq-12” raketlərinin nə vaxt buraxılacağını bilmədən gündüz və gecələr narahat olmalıdırlar”, - videoda deyilir.

Pentaqon rəhbəri Ceyms Mettisin şəkli göstərilən digər bir görüntüdə amerikalı siyasətçilərə mümkün nəticə çıxarmadan öncə 2 dəfə düşünmək tövsiyə olunur. Rəsmi Pxenyana görə, indi zaman ABŞ-ın tərəfində deyil və “amerikalılar şok olacaq”.

Qeyd edək ki, Şimali Koreya ABŞ-a məxsus Quam adalarını vura biləcəyini açıqlamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26