Interposta.Info

Saakaşvilinin 50 min xərclədiyi qadından açıqlama –

Dünya
 11-08-2017, 07:24     9 642

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin 2014-cü ildə Almaniyadan gətirdiyi masajçı xanım Doroti Şterinin onlayn gündəliyindəki bəzi qeydlər yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qeydlərdə Saakaşvilinin Sterini şəxsi təyyarəsində Gürcüstana gətirdiyi və ona 50 min dolları xərclədiyi bildirilib.

Bundan başqa, qadın sabiq prezidentə göstərdiyi xidmətlər və Tiflisdə qarşılanma mərasimindən ölkəni tərk edənədək yaşadıqlarını gündəliyində qeyd edib.

Ukrayna vətəndaşlığından çıxarıldıqdan sonra Gürcüstan prokurorluğu Saakaşviliyə qarşı israfçılıq maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, Tiflis məhkəməsi sabiq prezidenti 4 ittiham üzrə təqsirli bilib, 11 il müddətinə azadlıqdan məhrum edib.

interposta.infoSaakaşvilinin 50 min xərclədiyi qadından açıqlama –
Saakaşvilinin 50 min xərclədiyi qadından açıqlama –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26