Interposta.Info

Alman polisi qaçqın kamp və yataqxanalarında əməliyyat keçirir -

Dünya
 30-07-2017, 07:28     10 373

Alman polisi ölkə ərazisində yerləşən bütün qaçqın kamp və yataqxanalarında xüsusi əməliyyat keçirir.
AzEuroNews.com–un məlumatına görə, dünən Hamburqda marketdə baş verən terror hücumundan sonra alman polisi ölkə boyu geniş əməliyyat keçirməyə qərar verib.
Hamburqdakı qaçqın yataxanalarından birində qalan həmvətənimizin saytımıza verdiyi məlumata görə, səhər tezdən yataqxanaya basqın edən polis onların üst-başı ilə yanaşı çemodanlarını da bir-bir yoxlayıb.
Alman polisi qaçqın kamp və yataqxanalarında əməliyyat keçirir  -



“Bir-iki çeçenin çemodanından dönər bıçağı tapdılar. Onları tutub apardılar. Bizə yataqxanaya gələndə üzərimizdə bıçaq gəzdirməməyi tapşırmışdılar. Bir də polisin əlində siyahı var idi. Görünür onlar kimlərisə axtarırdılar” deyə həmvətənimiz saytımıza verdiyi məlumatda söyləyib.

Məlumat üçün qeyd edək ki, əli bıçaqlı şəxs “Allahu Əkbər” şüarı ilə girdiyi marketdə qarşısına çıxan müştəriləri bıçaqlamağa başlayıb.

“Tedi” marketlər şəbəkəsinə aid obyektdə baş verən terror aktı zamanı bir nəfər həyatını itirib, xeyli sayda insan qarın, boyun və ayaq nahiyələrindən bıçaq zərbələri alaraq yaralanıblar.

Terrorçu gənc oğlan polis tərəfindən zərərsizləşdirilib. İlkin dindirilmə zamanı məlum olub ki, o Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır və 4-5 ay öncə Almaniyadan siyasi sığınacaq istəyib. Onun sığınacaq tələbi ötən həftə rədd olunub və onun Almaniyadan deportasiyası ilə bağlı qərar verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26