Interposta.Info

Vladimir Putinin güvəndiyi ordu -

Dünya
 17-07-2017, 16:35     1 131

Türkiyədəki hərbi çevrilişə cəhdin Kreml sahibini əməlli-başlı qorxutduğu iddia edilir; Rusiya prezidentinin ənənəvi təhlükəsizlik qüvvələrinin sədaqətinə şübhə etdiyi ehtimal olunur
Rusiya prezidenti Vladimir Putinin 2016-cı il aprelin 5-də yeni qoşun növünün, Milli qvardiya qoşunları federal xidmətinin yardılması haqqında fərmanından bir ildən çox müddət keçib.


Həmin vaxt müasir Rusiya tarixində yeni hesab edilən bu qoşun növü yaradılanda hamı, əsasən də Putinin opponentləri onun addımını belə dəyərləndirmişdilər: “Prezidentin Rusiya ordusunun sədaqətinə inamı tam deyil. Hər hansı siyasi təlatüm zamanı xalqın tərəfinə keçmək ehtimalı olan ordudan fərqli olaraq, rejimin öz hərbi birləşmələri onu sona qədər qorumağa borcludur”.

Doğrudan da yeni qoşun növü əsasən Daxili İşlər Nazirliyinin qoşunlarının bazası əsasında quruldu.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hazırda onun tərkibində nə az, nə çox, 360-380 min hərbi qulluqçu fəaliyyət göstərir.

Bu ilin may ayının axırlarında isə Rusiya liderinin imzaladığı yeni fərmanda Milli Qvardiyanın ordu hissələrinə komandanlıq edə biləcəyi qeyd olunub. Silahlı qüvvələrin başqa qoşun növünə tabe etdirilməsi isə tarixdə az rast gəlinən olaydır.

Putinin yeni ordunun başına gətirdiyi Viktor Zolotov isə onun şəxsi mühafizə xidmətinin rəhbəri sayılıb. Yəni Putin böyüklükdə bir qoşunun başına şəxsi cangüdənini komandan olaraq təyin edib.
Vladimir Putinin güvəndiyi ordu -


Onu da qeyd edək ki, Viktor Zolotov DTK-nın kadr zabitlərindən syılır. O, SSRİ dövrünün DTK-da dövlət obyektlərinin və şəxslərinin mühafizəsi ilə məşğul olan 9-cu bölmədə çalışıb. Sovet İttifaqı dağıldıqdan sonra Zolotov Sankt-Peterburq şəhərinin meri Anatoli Sobçakın yanında işləyib. Həmin vaxtdan o, Vladimir Putinlə şəxsən tanış olub.

Putinin prezident olduğu 2000-ci ildən etibarən Viktor Zolotov onun şəxsi mühafizə xidmətinin rəhbəri olub. 2013-cü ildə isə Putin onu Rusiya daxili qoşunlarının komandanı vəzifəsinə təyin edib.

Müşahidəçilərin fikrincə, Zolotovun yeni vəzifəyə təyinatında əsas məqsəd elə yeni ordunun qurulmasına hazırlıq imiş. Yəni Putin öz qoşununa ən sadiq adamının komandanlıq etməsini istəyib.ə
Vladimir Putinin güvəndiyi ordu -


Milli qvardiyanın rəsmi vəzifəsi kimi terrorizmlə mübarizə və daxili nizam-intizamın dəstəklənməsi göstərilib. Bundan başqa Milli Qvardiyaya mütəşəkkil cinayətkarlıq, silah dövriyyəsinə nəzarət kimi müstəsna səlahiyyətlər verilib. Fövqaladə vəziyyətlərdə isə Milli qvardiya üzərində komandanlıq şəxsən prezindentin özünə keçir.

Siyasi ekspertlər Putinin bu cür ənənəvi hüquq mühafizə orqanlarına alternativ qurumların yaratmasını təsadüf hesab etmədikərini bildirirlər. Məsələn Rusiyada prokurorluq kimi dövlətin istintaq və ittiham funksiyalarını həyata keçirən orqandan əlavə Putinin öz qrup yoldaşı Aleksandr Bastrıkinin rəhbərlik etdiyi Təhqiqat Komitəsi deyilən təşkilat da var.

Rusiya Silahlı qüvvələrinin keçmiş qərargah rəisi Yuri Baluyevski yeni ordunun yaranmasının səbəblərini belə izah edib: “Rusiya üçün əsas təhdid xaricdən yox, daxildəndir. Milli Qvardiya Rusiyada ikinci Suriya, Liviya və ya Ukraynanın yaranmaması üçün nəzərdə tutulan qurumdur”.

Ekspertlərin əksəriyyəti Putinin gələcəkdə baş vermə ehtimalı yüksək olan kütləvi etirazları məhz Milli Qvardiyanın yardımı ilə yatırmağı düşündüyünü, bu səbəbdən ona fövqaladə səlahiyyətlər bəxş etdiyini bildirirlər.
Vladimir Putinin güvəndiyi ordu -


Müşahidəçilər müxalif fəal Aleksey Navalnının təşkil etdiyi son etiraz aksiyalarında Mill Qvardiyanın olduqca aqressiv davrandığını vurğulayırlar. Hərbi ekspertlər mətbuata məhz Milli qvardiyanın əsgərlərinin öz xalqına silah işlədə biləcəyini, ona görə də Putinin onlara güvəndiyini söyləyirlər.

Putinin bu addıma getməsini müdafiə naziri Sergey Şoyqunun populyarlığının artması ilə izah edənlər də tapılıb. Belə ki, Şoyqu Krımın işğalında əsas rol oynayan şəxslərdən biridir. Son rəy sorğuları onu Putindən sonra ikinci nüfuzlu siyasətçi olaraq göstərib.

Beləliklə Putinin Milli qvardiyanın rəhbəri Viktor Zolotova həm də orduya komandanlıq etmək səlahiyyətini verməklə, həm Şoyqunun, həm də ordunun avtoritetini aşağı salmaq istədiyi qeyd olunur. Yeri gəlmişkən mətbuatda Viktor Zolotovun adı Putinin varislərindən biri olaraq çəkilməkdədir.
Vladimir Putinin güvəndiyi ordu -


Rusiya mütəxəssisləri Türkiyədə baş verən hərbi çevriliş cəhdinin də Vladimir Putinə olduqca pis təsir etdiyini və həmin hadisənin prezidentin Milli qvardiyanı gücləndirməklə bağlı atdığı addımları sürətləndirdiyini vurğulayırlar.

Bu yaxınlarda Sankt-Peterburqda baş verən terror aktının Milli Qvardiyanın hərbçiləri tərəfindən önlənməsi ilə bağlı gedən xəbərlər isə Putinin dövlətin başqa bir mühüm hüquq-mühafizə orqanına - Federal Təhlükəszilik Xidmətinə inamsızlığının təzahürü kimi qiymətləndirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26