Interposta.Info

Rus ekspertlərdən Putini saymayan

Dünya
 9-05-2017, 14:43     987

Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun generalı Andranik Makaryanın rəhbərlik etdiyi ordunu Qarabağa apara biləcəyi və Putinin ona göstəriş verməyə hüququnun olmaması barədə açıqlamasını rus ekspertlər cavablandırıb.

interposta.info
Haqqın.az-a istinadla xəbər verir ki, tanınmış hərbi ekspert, “Milli müdafiə” jurnalının redaktoru, Dünya Silah Ticarəti Analitik Mərkəzinin direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyinin İctimai Şurasının üzvü, polkovnik İqor Korotçenko Makaryanın bu açıqlamasını daxili auditoriyaya hesablanan siyasi bəyanat adlandırıb.

“Makaryanın bu açıqlaması ölkə daxilindəki siyasi effektə hesablanan bəyanatdır”, - deyə Korotçenko bildirib.

Tanınmış rusiyalı jurnalist və analitik Vadim Dubnov isə “Moskvanın razılığı olmadan rus-erməni hərbu qruplaşmasını general Makaryan Qarabağa apara bilərmi” sualına qısa və tam aydın cavab verib: “Qətiyyən!”

Qeyd edək ki, Andranik Makaryan Ermənistanda keçirdiyi mətbuat konfransında Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının müstəsna olaraq Ermənistan silahlı qüvvələrinin Ali Baş Komandanının əmri əsasında hərəkət edəcəyini bildirib: “Çünki razılaşmada belə yazılıb. Qruplaşma Ermənistanın sərhədlərinin və regionun təhlükəsizliyinin təmin edilməsi üçün yaradılıb”.

Jurnalistlərin “Bəs Qarabağda vəziyyət gərginləşərsə, Ermənistan-Rusiya birgə qoşun qruplaşması müdaxilə edə bilərmi?” sualına Makaryan belə cavab verib: “İstənilən təhdid zamanı ləngimək olmaz”. Bu zaman jurnalist dəqiqləşdirici sual verib: “Ola bilərmi ki, Rusiya Prezidenti Vladimir Putin sizə hücum etməmək barədə əmr versin?”

“Xeyr, Putin belə əmr verə bilməz”, - Makaryan vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26