Kim desə ki, Azərbaycandan varlı olacağıq... – Sərkisyan

Ermənistan Azərbaycanın əldə etdiyi bir çox silahlara sahib deyil.
Axar.az xəbər verir ki, bunu “R-Evolyusiya” verilişinə müsahibəsində Ermənistan Prezidenti Serj Sərkisyan söyləyib.
“Azərbaycanın bizdən zəngin olduğu, silahlanmaya bizdən çox vəsait xərclədiyi sirdirmi? Sirr deyil. Əgər kimsə desə ki, biz iki və ya 5 ilə Ermənistanı Azərbaycandan daha varlı edəcəyik, o zaman bu şəxsi siyasətdən uzağa qovmaq lazımdır. Ona görə ki, bu deyilənlər yalandır”, – deyə o bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26