Interposta.Info

Rus ordusu Cənubi Osetiyada hərəkətə başladı -

Dünya
 5-07-2017, 23:39     923

Rusiyanın Cənubi Osetiyadakı hərbi bazasında müharibəyə hazırlıq vəziyyəti ilə bağlı hərbi təlim başlayıb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Cənub Hərbi Bölgəsinin sözçüsü polkovnik Vadim Astafyev çıxış edib.

"Cənubi Osetiyadakı Dzartsemi poliqonunda 2 mindən çox əsgər və mindən çox hərbi texnikanın iştirakı ilə öncədən müəyyən edilən bölgəyə hərəkət başlayıb. Təyin edilən bölgəyə çatdıqdan sonra hazırlıq vəziyyəti ilə bağlı nəzarət işləri aparılacaq, hərbi texnikalar yoxlanışdan keçiriləcək", - Astafyev qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26