ABŞ Koreya yaxınlığında hərbi manevrlərə başladı

ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya-zərbə qrupu “Karl Vinson” atom təyyarədaşıyan gəmisinin rəhbərliyi altında Yaponiya esminesleri ilə birgə Şimali Koreya yaxınlığında təlimlərə başlayıb.
Axar.az “Kyado”ya istinadla xəbər verir ki, təlim zamanı hərbi manevrlər həyata keçirilir və taktiki qrupun əlaqələri məşq edilir.
Yaponiya Baş naziri Sindzo Abe bir qədər öncə Fransada verdiyi açıqlamasında ölkəsinin Fransa, Böyük Britaniya və ABŞ-la hərbi-dəniz təlimləri keçirəcəyini açıqlamışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26