Interposta.Info

Tramp ABŞ-ın dünyadakı imicini yerlə bir edib

Dünya
 28-06-2017, 07:28     584

Son sorğular dünyanın ən qüdrətli dövlətinin nüfuzunun olduqca aşağı olduğunu nümayiş etdirib

ABŞ prezidenti Donald Trampın 6 aylıq hakimiyyəti dövründə özü və ölkəsi ilə bağlı hər hansı pozitiv bir prosesin baş verdiyini söyləmək olduqca çətinidir. Bunu keçirilən son sorğular da nümyiş etdirir.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “Pew Research” araşdırma mərkəzinin keçirdiyi sorğuya əsasən, Donald Trampın prezident kimi fəaliyyət göstərdiyi bir neçə ay ərzində dünya ölkələrinin əksəriyyətinin ABŞ haqqındakı düşüncəsi neqativ yöndə dəyişib.
Dünyanın 37 ölkəsinin vəəndaşları arasında keçrilən sorğu onu göstərib ki, Barak Obamanın prezidentliyinin son dövrlərində ABŞ haqqında müsbət düşünənlərin sayı 64% təşkil edimiş. Lakin hazırda bu göstərici 49%-i keçmir. ABŞ prezidentinin özünə olan etimad isə 64%-dən 22%-ə qədər geriləyib. Yalnız Rusiya və İsraildə yeni rəhbərlik haqqında müsbət dönüş müşahidə olunub.
Ekspertlər dünya birliyinin ABŞ prezidenti haqqında bu dərəcədə mənfi rəyə yalnız kiçik Corc Buşun dövründə rast gəlindiyinə diqqət çəkirlər.
ABŞ prezidentinə etimadın azalması əsasən Qərbi Avropa, Asiya, habelə Kanada və Meksikada müşahidə edilib.
Məsələn, Barak Obamanın prezidentliyinin son aylarında İsveç vətəndaşlarının 92%-i, Hollandiya vətəndaşlarını 93%-i, almanların 86%-i, fransızların 84%-, kanadalıların 83%-i, cənubi koreyalıların 88%-i və meksikalıların 49%-i ona böyük hörmət göstərdiyini ifadə edirdilər.
Hazırda isə yuxarıda adı çəkilən ölkələrdə olan göstəricilər Ağ Ev üçün vəziyyətin nə dərəcədə acınacaqlı olduğun nümayiş etdirir.(İsveç-10%, Hollandiya-17%, Almaniya 11%, Fransa 22%, Cənubi Koreya-14%, Meksika 5%)
Tramp ABŞ-ın dünyadakı imicini yerlə bir edib

Sorğuda rəyi soruşulan vətəndaşlar hazırkı prezdientin nə daxili, nə də xarici siyasətlərini bəyəndiklərini bildirblər. Xüsusilə Trampın ticarət sazişlərindən və İqlim dəyişikliyinə qarşı mübarizə haqqında müqavilədən çıxmaq haqqında qərarı, habelə onun Meksika ilə sərhəddə divar tikmək barədə niyyəti onlarda güclü narazılıq doğurub.
Trampın şəxsi xarakterinə gəldikdə isə “Pew Research”ın sorduğu respondentlərin bir çoxu onu təkəbbürlü, dözülməz və hətta təhlükəli insan hesab edir. Lakin Trampı güclü və xarizmatik lider kimi səciyyələndirənlər də tapılıb.
ABŞ prezidentinin nüfuzunun birdən-birə düşmədiyi ölkələr də var. Hərçənd ki, həmin ölkələrdə də Obama dövründə Ağ Evin sahibinə olan hörmət daha çox olub. Məsələn, Filippinlərdə Ağ Evin respublikaçı sahibinin nüfuzu 69% olaraq dəyərləndirlib. (Obama dövrü 94%).). Eyni tendensiyanı Vyetnamda (69%-Obamada 71%), Nigeriyada (58% -63% Obama) görmək mümkündür.
Yuxarıda göstərildiyi kimi, rəyi soruşulan 37 ölkədən yalnız 2-də, İsrail və Rusiyada mənzərə tamam ayrı cürdür. Belə ki, Barak Obama haqqında İsraildə müsbət mövqe bildirənlərin sayı 49%-i keçmirdisə indi bu rəqəm 56%-ə qədər artıb. Rusiyada vətəndaşların yalnız 11%-nin müsbət yanaşdığı Obamadan fərqli olaraq Trampın hörməti xeyli yüksəkdir-53%.
“Pew Research” mərkəzi soğru keçirilən ölkələrdə dünya liderlərinin populyarlıq dərəcələrinin də müqayisəsini aparıb.
İnsanlardan əsasən 3 liderlə- Angela Merkel, Vladimir Putin və Si Tzinpin haqqında fikir bildirmələri xahiş olunub. Sorğu nəticəsində onların 3-nün də Trampdan daha hörmətli rəhbər olduğu ortaya çıxıb. Ən yüksək göstərici Almaniya kanslerinə məxsusdur-42%. Onu 38%-lə Çin prezidenti (28%) və Rusiya lideri (27%) təqib edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26