Interposta.Info

İran orada Türkiyəni görmək istəmir -

Dünya
 23-06-2017, 07:34     520

Rusiya ilə birlikdə Suriyada gərginliyin azaldılması bölgələrinin yaradılmasında qarant ölkələr rolunu oynayan Türkiyə ilə İran arasında anlaşılmazlıq yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ruiyanın “İzvestiya” qəzeti bir rus diplomata istinadən yayıb. Belə ki, Tehran Ankaranın təhlükəsiz bölgələrdə türk əsgərlərinin yerləşdirilməsi istəyinə qarşı çıxıb.

“Əvvəlcə Tehran bu bölgələrə hərbçi göndərməyi planlaşdırmırdı. Lakin Türkiyə tərəfi həmin bölgələrə hərbçi göndərmək istəyini dilə gətirdikdə, Tehran mövqeyini dəyişdi. 4-5 iyul tarixlərində Astanada baş tutacaq görüşdə bu barədə razılığa gəlinəcəyi gözlənilir”, - deyə məlumatda bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26