Interposta.Info

Ermənistanda parlament müxalifəti Karapetyanı baş nazir kimi ciddi qəbul etmədi

Dünya
 23-06-2017, 07:36     444

“Ermənistan hakimiyyəti yeni nailiyyətlərdən və qollardan danışr, lakin biz ancaq avtoqolları müşahidə edirik” - Naira Zöhrabyan

Ermənistan parlamentində hökumətin 2017-2022-ci illəri əhatə edən iqtisadi proqramı müzakirə olunub. 125 səhifədən, 4 fəsildən ibarət yeni proqramda iqtisadiyyatın böyüməsi, ixracatın ÜDM-dəki payının artırılması, minimum əmək haqqının yüksəldilməsi və kasıblığın azaldılması kimi müddəalar yer alıb.

Bununla əlaqədar baş nazir Karen Karapetyan parlamentin 4 fraksiyasından 3-ü ilə (hakim Respublika partiyası, “Tsarukyan bloku” və Daşnaksütun) geniş müzakirə aparıb. Baş nazir böyüklüyünə görə 3-cü sırada yer alıan “Yelk” (Çıxış) fraksiyasının deputatları ilə görüşməyib.
Karapetyan hökumətin ölkə qarşısında duran problemlərin həlli üzərində çalışdığını bildirib.

O, sərhədlərinin 83%-nin qapalı olduğu Ermənistanın geosiyasi vəziyyətini önə çəkib və regionda maraqları bir-birinə zidd olan bir çox faktorun olduğunu vurğulayıb. Baş nazir erməni iqtisadiyyatının beynəlxalq maliyyə bazarlarındakı hadisələrdən, habelə böyük dövlətlərin siyasi və iqtisadi planlarından asılı olduğunu söyləyib. Lakin müxalifət hökumətin bu proqramının boş söz və vədlərdən ibarət olduğunu bəyan edir.

Müxalif “Yelk” bloku prqoramı müzakirə etməzdən qabaq 2018-ci ildə hökumətin başına kimin keçəcəyi məsələsinə aydınlıq gətirilməsini istəyib.
Ermənistanda parlament müxalifəti Karapetyanı baş nazir kimi ciddi qəbul etmədi


“Ermənistan əsas məsələni, yəni, baş nazirin kimin olacağı ilə bağlı qeyri müəyyənliyi aradan qaldırmadan necə inkişaf edə bilər? Konstitusiyaya görə, 2018-ci ildə Serj Sərkisyan prezident səlahiyyətlərini təhvil verdikdən sonra hökumət istefaya getməlidir.”,- “Yelk” fraksiyasının rəhbəri Edmon Marukyan bəyan edib. Marukyan baş nazirin onların fraksiyaları ilə hansı səbəbdən görüşmədiyi ilə də maraqlanıb.

“Bu gün ölkə gündəminin bir nömrəli məsələsi bundan ibarətdir-2018-ci ildə baş nazir kim olacaq. Bu cür gözləntilər olduqca neqativdir. Siyasi prosesləri mafiya qaydaları ilə yürütmək ölkənin mənafelərinə zərbə vurur”, -eyni bliokdan Nikol Paşinyan danışıb.

Nikol Paşinyan mövzunu davam etdirərək qeyd edib ki, parlament fraksiyası sanki bütün vəchlə Serj Sərkisyanın 2018-ci ildə baş nazir kimi təsdiq olunmasına çalışır.
Ermənistanda parlament müxalifəti Karapetyanı baş nazir kimi ciddi qəbul etmədi


Baş nazir müxalif fraksiyanın rəhbərinə 2018-ci ildən sonra hökumət rəhbərinin kim olacağı məsələsinə dəfələrlə cavab verildiyni bildirib..

Lakin o, həmin ildə eyni vəzifədə qalıb-qalmayacağı barədə qəti fikir söyləməyib. Karapetyan Marukyanın fraksiyası ilə görüşün baş tutmamasını siyasi qüvvələr arasındakı kommunikasiya problemi ilə əlaqələndirib.

“Tsarukyan bloku”nun nümayəndəsi Naira Zöhrabyan isə hökumətin iqtisadiyyatın inkişafı və korrupsiyaya qarşı mübarizəylə bağlı verdiyi heç bir sözü tutmadığını deyib. Zöhrabyan proqramda yer alan Ermənistana investisiya qoyan şəxslərə vətəndaşlıq verilməsini nəzərdə tutan hissəyə də toxunub. O, bu tip addımların yalnız korrupsiyanın aşağı olduğu ölkələrdə effekt verdiyini deyib.
Ermənistanda parlament müxalifəti Karapetyanı baş nazir kimi ciddi qəbul etmədi


“Ermənistana investisiya qoyan yoxdur. Ona görə yox ki, burada vətəndaşlıq vermirlər. Onları qaçıran korrupsiya, zorla pay iştiraklığı, vergi təzyiqləri kimi neqativ hallardır”.

Zöhrabyan kasıblıq səviyyəsinin aşağı salacağına və minimum əmək haqqının artırılacağına da şübhə ilə yanaşıb. “Ermənistan hakimiyyəti yeni nailiyyətlərdən və qollardan danışr, lakin biz ancaq avtoqolları müşahidə edirik”, -Zöhrabyan qeyd edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26