Interposta.Info

Şvartsnegger Trampı tənqid atəşinə tutdu -

Dünya
 21-06-2017, 16:08     567

Hollivud aktyoru və Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsnegger Vyanada keçirilən Avstriya dünya sammitində çıxış edib.

Şvartsnegger yenidən ABŞ prezidenti Donald Trampı İqlim üzrə Paris sazişindən çıxma fərmanına görə tənqid atəşinə tutub.

Aktyor bəyan edib ki, Trampın qərarı dünya sakinlərinin, o cümlədən də amerikalıların təmiz gələcəyə can atmasının qarşısını ala bilməz.

“Bir nəfər bizim qarşımızı ala bilməz. Biz təmiz enerji haqqında məqsədimizə, demək olar ki, nail olmuşuq”, - o deyib və prezident Trampın iqlim üzrə Paris Sazişindən çıxmasına baxmayaraq, gələcəyə optimist baxdığını qeyd edib.

interposta.info bildirir ki, Şvartsnegger bu addımı uzaqgörən hesab etməyib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26