Interposta.Info

Arnold Şvartsnegger: “Tramp, sən turşumuş...”

Dünya
 23-07-2018, 17:36     10 394

Vladimir Putin və Donald Tramp arasında Helsinkidə keçirilən görüşdən sonra ABŞ prezidenti bəlkə də həyatında eşitmədiyi təhqirləri ünvanına qəbul etməli olub. Sosial şəbəkələrdə yazışan sadə vətəndaşlardan tutmuş, cəmiyyətin ən elitar siyasətçilərinə qədər hamısı demək olar ki, eyni dildən istifadə edir: “rəzalət”, “xain”, “sərsəm bəyanatlar” və s.

“Kommersnat” qəzetinin yazıdğıan görə, hətta Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov belə, Vaşinqtondakı anti-Tramp reaksiyalarının bu səviyyəsindən təəccübləndiyini açıqlayıb.

“Biz əlbəttə ki, qarışıq mövqelərin gələcəyini bilirdik, lakin bu qədər ağır reaksiyaların olacağını heç gözləmirdik”, - Antonov “Valday” klubunun toplantısında bildirib.

Trampa qarşı “qırmızı cizgi”ni keçən ifadələr işlətməkdən çəkinməyənlərdən biri də onun partiyadaşı, məşhur aktyor Arnold Şvartsneggerdir.

“Prezident Tramp, mən sizin Putinlə mətbuat konfransındakı çıxışınıza baxdım. Olduqca utancverici mənzərə idi. Siz orada “turşumuş makaron çubuğu”, balaca fanat kimi dayanmışdınız. Öz-özümə soruşdum ki, görəsən, nə vaxt Putindən avtoqraf istəyib onunla selfi çəkdirəcəksiniz”, - Hollivud ulduzu özünü mikroblogunda yazıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, prezidenti “xain” adlandıran Con Brennan da Trampı yağlı sözlərlə “bəzəməkdə” davam edib. O, Donald Trampın mətbuat konfransının “xüsusilə ağır cinayətlər və əməllər” anlayışından da o yana keçdiyini yazıb.

“Trampın sərsəm şərhləri bir yana dursun, üstəlik, o, Putinin cibində olan bir adamdır... Vətənpərvər respublikaçılar, siz hardasız?” - Brennan tvitterdə qeyd edib.

Demokrat konqresmen Stiven Koen də oxşar ritorikadan istifadə edib. Koen Trampın düşmənə, yəni Putinə təslim olduğunu yazıb. “Hanı bizim hərbçilər, ali baş komandan düşmənin əlindədir”, - Koen sosial şəbəkədəki hesablarında sual ünvanlayıb.

Demokratların Senatdakı lideri Çak Şumer Trampın Helsinkidəki davranışını “başısoyuq, təhlükəli və zəif” adlandırıb. Onun Nümayəndələr palatasındakı həmkarı Nensi Pelosi isə ABŞ prezidentinin Rusiya lideri ilə görüşünü “Amerika və qərb demokratiyası üçün acı gün” olaraq xarakterizə edib.

Elə respublikaçılar da demokratlar qədər olmasa da prezidenti tənqid edənlərin cərgəsinə qoşulublar. Hətta senator Lindsi Qrem Putini Trampa hədiyyə etdiyi futbol topunun içində casus aparatının olub-olmaması ilə bağlı yoxlanış aparılmasını tələb edib.

Senator Con Makkeyn görüşü “faciəli səhv”, habelə ABŞ prezidentinin ən rüsvayçı çıxışlarından biri olaraq dəyərləndirib: “Trampın avamlığı və eqoizmi ucbatından vurulan zərəri ölçmək belə çətindir. Bu mətbuat konfransı təcrübəsizlik və hazırlıqsızlığın nə dərəcədə təhlükəli olduğunu bir daha göstəricisidir. İndi artıq söhbət “yeniyetmə” siyasətçinin yanlış tvitləridən gemir. Bu Putin rejimi ilə isti münasibətlərlə bağlı qarabasmalarını gerçəkləşdirməyə qərar verən prezidentin şüurlu seçimi olub”.

“Ağlıma da gəlməzdi ki, bir gün bizim prezidentimiz Rusiya prezidenti ilə yanaşı durub, Rusiyanın təcavüzkarlığının təqsirini öz ölkəsinin üstünə yıxacaq. Bu, əsl rəzalətdir”, - repsublikaçı senator Ceff Fleyk öz növbəsində bəyan edib.

Qeyd olunur ki, keçirilən sorğulardan da ABŞ prezidentinin son addımlarının əhali arasında bəyənilmədiyi ortaya çıxıb. Məsələn, CBS News-un apardığı rəy sorğusunda amerikalıların 55%-i Trampın mətbuat konfransındakı davranışlarını təqdir etməyiblər.

14% cavab verməkdə çətinlik çəkib. Respondentlərin 46%-i isə Trampın Rusiya liderinə qarşı olduqca yumşaq davrandığını bildirib. 41%-i isə ABŞ prezidentinin Rusiyaya qarşı ədalətli davrandığını ifadə edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26