Interposta.Info

Tramp

Dünya
 7-01-2017, 10:19     713

Tramp

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Arnold Şvartseneggeri onun aparıcısı olduğu "Şagird məşhurlar" verilişinin reytinqinin aşağı olmasına görə lağa qoyub.

interposta.info Report istinadən xəbər verir ki, bu barədə o, öz "Tvitter" səhifəsində yazıb.

"Vau, açıqlanan reytinqlər və Arnold Şvartseneqqer Donald Con Tramp – həqiqi reytinqlər maşını tərəfindən əzilib….Axı o kino ulduzudur. Və biz birinci mövsümü 14-cü ilə müqayisə edirik. İndi isə onun birinci mövsümünü mənimki ilə müqayisə edin. Amma bu o qədər də önəmli deyil. Axı o, Hillari və Keysiki dəstəkləyirdi", - deyə D.Tramp bildirib.

Donald Tramp özü də vaxtilə "Şagird məşhurlar" televiziya şousunun aparıcısı olub, lakin NBC telekanalının rəhbərliyi milyonerdən seçkiqabağı qalmaqallı bəyanatları ilə əlaqədar verilişi tərk etməsini xahiş edib.

Məşhurların xeyriyyə məqsədi ilə pul yığmağa kömək olduqları şou 2017-ci ildə bərpa olunub. Verilişin yeni aparıcısı kinoaktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger təyin olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26