“Tanrının köməyi ilə biz azad Kubanı görəcəyik” - Tramp
Bu sözləri seçildiyi gündən demokratiya naminə başqa ölkələrin işlərinə qarışmayacağını bəyan edən Donald Tramp söyləyib
Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Barak Obamanın Kuba siyasətindən imtina edəcəyini açıqlayb. Ağ Ev demokrat prezidentin dövründə iki ölkə arasında yaranan “istiləşmə” prosesindən vaz keçməsini həmişəki kimi “Havananın insan hüquqlarını kütləvi surətdə pozması” ilə əsaslandırıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bunun yerinə Tramp Kuba ilə bağlı yeni strategiyanın təşkil ediləcəyini bildirib. O, Vaşinqtonun Kubanın suverenliyinə hötmət etdiyini, lakin heç vaxt Kuba xalqına arxasını çevirməyəcəyini vurğulayıb.
D.Tramp Kubanı hətta Şimali Koreyaya silah satmaqda və Venesueladakı situasiyanı gərginləşdirməkdə ittiham edib.
Buna rəğmən iki ölkə arasında diplomatik münasibətlərin kəsiləcəyi və ABŞ-ın Kubadakı səfirliyinin bağlanması gözlənilmir.
Xatırladaq ki, Vaşinqton və Havana arasında münasibətlər 2015-ci ildən düzəlməyə başlayıb. 2016-cı ildə isə Barak Obama son 50 ildə Kubanı ziyarət edən ilk ABŞ prezidenti olub.
Kuba ilə əlaqalərin bərpası Obama dövrünü ən uğurlu diplomatik addımlarından biri hesab olnurdu. Lakin Kubaya qarşı embarqoların qaldırılması demokrat prezidentə belə müyəssər olmadı.
ABŞ Konqresi Kuba hakimyyətinin insan hüquqlarını pozmasını əsas göstərərək embarqoların qaldırılmasını dəstəkləmədi. Bu məsələdə xüsusilə Konqresin Kuba əsilli üzvləri, Floridadan olan senator Marko Rubio və eyni ştatdan Nümayəndələr Palatasının üzvü Mario Dias Balart böyük rol oynadılr.
Rubio hətta Obamanın Kuba strategiyasını “Kubadakı demokratiya işinə vurulan sillə və xainlik adlandırmışdı. ABŞ-da yaşayan kubalı mühacirlər də Obamanın Kastro rejimi ilə yaxınlaşma siyasətini bəyənməmişdilər. Onlardan Union Patriotica de Cuba (Kuba vətənpərvərlər ittifaqı) adlı təşkilatın rəhbəri Xose Daniel Ferrer Obamanın Kastro rejiminin əlinə oynadığını iddia etmişdi.
Marko Rubio
Lakin müşahidəçilərin rəyinə görə embarqoların qaldırılması ABŞ iqtisadiyyatına çox kömək edə bilərdi. Belə ki, ABŞ Beynəlxalq Ticarət Komissiyasının məlumatına görə, hər il Amerika firmaları embarqolar ucbatından 1,2 milyard dollarlıq ziyana uğrayırlar. Öz növbəsində ABŞ-ın kənd təsərrüfat sahəsində ixtisaslaşan müəssislələri Kubaya azı 1 milyard dollar həcmində ərzaq ixrac edə bilərdilər.
Maraqlıdr ki, Trampın Kuba ilə bağlı baxışları heç də həmişə mənfi yöndə olmayıb. O, hətta Kuba ilə diplomatik münasibətlərin düzəlməsini alqışlayanlardan biri olub. Prezident Obamanı isə daha yaxşı saziş imzalamamaqda ittiham edib.
Mətbuatın veridiyi məlumata görə, Trampa məxsus şirkətlərdən biri vaxtilə Kubada gizli bizneslə də məşğul olubmuş.
2014-cü ildə ABŞ və Kuba rəsmiləri arasında diplomatik müzakirələr getdiyi vaxt D.Trampın biznes struktrunun adamları adaya səyahət edib. Burada onlar Kubada qolf-klub, otel tikintisi və hətta “Tramp qüllələri"ndən birini tikməyi planlayıblar.
Tramp 2015-ci ilin martında CNN-ə veridiy müsahibədə Kubada otel açmaq istədiyini gizlətməyib.
Lakin seçklərə lap az qalmış Mayamidəki (Florida- red.) mitinqdə Donald Tramp Kubaya qarşı söyləmlərini sərtləşdirib.
Siyasi müşahidəçilər burada Floridadakı Kuba mühacir lobbisinin az rol oynamadığını qeyd edirlər. Çünki məhz onların səsləri adətən demokratların tərəfini saxlayan ştatda səslərin respublikaçı prezidentin xeyrinə dəyişməsinə yol açdı. Halbuki seçkidən öncə hər kəs burada Hillari Klintonun qələbəsinə şübhə belə etmirdi. Florida əhalisinin mühüm hissəsini təşkil edən ispan dilli və əsasən də Kuba əsilli seçicilər Obamanın Kastro rejimi ilə yaxınlaşmasının əvəzini Klintondan çıxdılar.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26