Interposta.Info

Trampın dünyanın qədərini dəyişəcək çıxışı -

Dünya
 17-06-2017, 07:30     484

ABŞ prezidenti Donald Tramp Mayamidə, tərəfdarları qarşısında çıxış edib. Sensasional xarakterli bu çıxış dünyanın bütün KİV -ləri tərəfindən canlı olaraq yayınlanıb.

Musavat.com xəbər verir ki, o çıxışında özündən əvvəlki prezident Obamanın İran və Kuba rejimləri ilə anlaşmalarını kəskin tənqid edib və onları tanımadığını bildirib. Venesuela, Kuba və İran rejimlərini təhdid edən Tramp daha çox Kuba rejimi ilə bağlı danışıb. O, deyib ki, Kubaya qarşı əvvəlki sanksiyalar , blokada qüvvədə qalacaq. Öz xalqına zülm edən, minlərlə insanı oldürən bir rejimlə işbirliyi , anlaşma mümkün deyil. Nə zaman ki, Kuba rejimi geri addım atacaq, həbsxanaları boşaldacaq, demokratil açılımlar həyata keçirdəcək, o zaman biz Kuba ilə bir masa arxasında oturarıq. Tramp çıxışında Kuba rejiminin banisi Fidel Kastronun adını dəfələrlə çəkib.

Bu kəskin çıxışdan ABŞ -ın yeni hədəfləri ortaya çıxır. Görünən budur ki, Kuba, Venesuela və İran rejimləri üçün çətin günlər hələ qabaqdadır...

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26