Interposta.Info

ABŞ-dan qərar:

Dünya
 16-06-2017, 07:30     623

Vaşinqton Polis İdarəsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin konsulluq qarşısında nümayiş keçirən şəxslərə hücum etdiyini təsdiqləyib.

Axar.az xəbər verir ki, polis şefi Peter Nyushamın sözlərinə görə, sözügedən mühafizəçilər ABŞ-a gələrsə, həbs ediləcəklər.

“Türk mühafizəçilərin nümayişçilərə hücum etdiyini müəyyən etdik. Olayda iştirak edən 16 nəfər barəsində də həbs qərarı verdik. Onlardan 2-si Kanada, 1-i ABŞ, digərləri də Türkiyə vətəndaşlarıdır. Hazırda bu işdə əli olan 2 nəfər tutulub”, - Nyusham bildirib.

Xatırladaq ki, Ərdoğan ABŞ-da səfərdə olan zaman Türkiyə konsulluğunun ətrafında toplaşan bir qrup PKK tərəfdarları prezident və hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bu zaman Ərdoğan tərəfdarları ilə onlar arasında qarşıdurma yaşanıb.

Olaya türk liderin mühafizəçiləri də müdaxilə etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26