Interposta.Info

Türklər Ərdoğanın ABŞ səfərini protesto etmək istəyən

Dünya
 17-05-2017, 17:05     550

Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında toplanan terror təşkilatı PKK/PYD tərəfdarları prezident Rəcəb Tayyib Ərdoğanı protesto etməyə cəhd göstəriblər.

Avropa.info xəbər verir ki , səfirlik iqamətgahı qarşısında toplaşan, əllərində terrorçubaşı Abdullah Öcalanın plakatları ilə YPG bayraqları qaldıran az sayda terror təşkilatı dəstəkçisi, prezident Rəcəb Tayyib Ərdoğanın səfirlik binasına girişi əsnasında Türkiyə əleyhinə şüarlar səsləndirməyə başlayıblar.

ABŞ polisinin terror təşkilatı tərəfdarlarının təxribatlarına müdaxilə etmədiyi hadisənin qarşısını səfirlik binası qarşısına toplaşan türklər alıblar.

PKK/PYD tərəfdarlarını döyərək hadisə yerindən uzaqlaşdıran türklər, Ərdoğan lehinə şuarlar səsləndiriblər. Türkiyə prezidenti türklərə yaxınlaşaraq onlarla söhbət edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26